Coş Brolin

Coş Brolin

Aktyor

BİOQRAFİYA

Coş Brolin 12 fevral 1968-ci ildə Los-Ancelesdə (Kaliforniya, ABŞ) məşhur amerikalı teatr və kino aktyoru Ceyms Brolin və Ceyn Eycinin ailəsində dünyaya gəlib. Məşhur müğənni Barbra Streyzendin oğulluğudur. Uşaq vaxtından teatra həvəsi olan aktyor, Amerikanın ən məşhur teatr pedaqoqu Stella Adlerdən dərs alıb. Kinoda ilk rolunu 1985-ci ildə Stiven Spilberqin “Yaramazlar” dramında oynayıb. Ardınca gənc aktyor 1986-cı ildə “Toqquşma” dramında, “Uşaqlar üçün dustaqxana” (1987) filmində və “Cam strit” serialında çəkilib. 20 yaşı olanda Coş Brolin aktrisa Elis Edeyrlə ailə qurur, lakin bu izdivac uzun çəkmir. 2004-cü ildə aktrisa Dayan Leynlə evlənir. Karyerasında qazandığı uğura görə Koen qardaşlarına borcludur. 39 yaşlı aktyor Tommi Li Cons və Havyer Bardemlə 2007-ci ildə “Bura qocaların yeri deyil” filmində çəkilir. Film bir çox mükafatlara layiq görülür, o cümlədən "Ən yaxşı film" kateqoriyasında "Oskar" mükafatı qazanır. Sonra Robert Rodrigesin “Qorxu planeti” filmində amansız doktor Blok və Ridli Skottun “Amerikalı qanqster” filmində rüşvətxor detektiv Truponu canlandırır. 2008-ci ildə Oliver Stounun “Buş” filmində ABŞ prezidenti, kiçik Corc Buşu oynayır. Həmçinin əfsanəvi rejissor Qas Van Setin “Harvi Milk” filmində qatil obrazını canlandırır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Josh_Brolin
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç