Erik Avari

Erik Avari

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Erik Avari – hind əsilli amerikalı aktyordur. Aktyorun əsl adı Nəriman Eruk Avaridir. 13 aprel 1952-ci ildə Hindistanın Qərbi Benqal bölgəsində pars-atəşpərəst ailəsində anadan olub. Çarlston kollecində oxuyub. Avari-Madan ailəsinin üzvüdür. Ulu babası – Camşeci Framci Madan – hindistan kinematoqrafiyasının pionerlərindən sayılır. Avari kinoda daha çox “Ulduz qapıları”, “Postal”, “Müstəqillik Günü”, “Mumiya”, “Evdə Tək 4”, “Meymunlar planeti” və “Qeyri-ixtiyarı milyonçu” filmlərində oynadığı rollarla məşhurlaşıb. Aleksis Krusla birlikdə həm “Ulduz qapıları” filmində həm də onun spin-offu sayılan Ulduz qapıları: SG-1 serialında oynayıb. Bundan başqa “Kasl”, “Beverli Hillz Şahzadəsi”, “Qəhrəmanlar”, “Qanun və Qayda”, “Məni Aldat”, “Ulduz yolu: Növbəti Nəsil”, “Sualtı odyssey”, “Ulduz yolu: Dərin kosmos 9”, “Ulduz yolu: Enterprayz”, “Qərb qanadı”, “Məxfi Materiallar”, “Darma və Qreq”, “Babil-5”, “Casus qadın”, “Yalqız ürək”, “Əks-təsir”, Supermenin yeni macəraları, “Hatiko: ən sadiq it”, “Mentalist”, “Gizli əməliyyatlar”, “Qrimm”, “Üç gün yağış” və “Canlı Hədəf” kimi film və seriallara çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B2%D0%B0%D1%80%D0%B8,_%D0%AD%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç