Qoldi Houn
Aktrisa
Qoldi Cinn Houn 1945-ci ildə Vaşinqtonda zərgər və musiqiçi ailəsində anadan olub. Anası macarıstanlı mühacirlərdən olan yəhudi nəslindəndir. Üç yaşından balet və rəqslərə gedib. Aktrisanın debütü 1961-ci ildə “Romeo və Cülyetta” pyesində baş tutub. Növbəti illərdə peşəkar səviyyədə rəqslə məşğul olub, Nyu-York teatr səhnəsində çıxışlar edib. Ekranlarda isə debütünü 1967-ci ildə yayımlanan “Sabahın xeyir, dünya” teleserialında gerçəkləşdirib. Bir il sonra isə “Tək və yeganə, orijinal, həqiqi ailəvi orkestr” müziklndə kinodebüt edib. Kinoda ilk əlamətdar rolu 1969-cu ildə böyük ekranlara yol tapan “Kaktus çiçəyi” komediyasında qayğısız gözəlçə Toni Simmons rolu sayılır. Həmin rola görə ən yaxşı ikinci dərəcəli aktrisa nominasiyasında “Oskar” mükafatı əldə edib. “Kaktusa çiçəyi” filmində oynadığı rola görə “Oskar” mükafatı laureatı olub. Şəxsi həyatına gəlincə 1969-1976-cı illərdə Qoldi Houn aktyor və rejissor Qas Trikonislə evli olub. 1983-cü ildən etibarən aktyor Kurt Rassellə faktiki nikahdadır. Cütlüyün 1986-cı il təvəllüdlü Uayatt Houn-Rassel adlı oğlu var. Bundan başqa Qoldinin Billi Hadsonla ikinci nikahdan Oliver Hadson (aktyor) və Keyt Hadson (aktrisa) adlı övladları var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D1%83%D0%BD,_%D0%93%D0%BE%D0%BB%D0%B4%D0%B8