Oliver Hadson
Aktyor
Oliver Hadson – amerikalı aktyordur. Aktrisa Qoldi Hounun ikinci nikahdan olan oğludur. Atası isə musiqiçi Bill Hadsondur. 1980-ci ildə valideynlərinin boşanmasından sonra anasının vətəndaş nikahında olduğu aktyor Kurt Rasselə məxsus Kolorado ştatında yerləşən evə köçüb. Rasseli doğma atası kimi qəbul edir. Keyt adlı bacısı var. Kolorado Universitetinin məzunudur. Təhsili başa vurduqdan sonra Los-Ancelesə yollanaraq, aktyorluq sənəti kurslarına yazılıb. Karyerasının əvvəlində kinofilmlərdə ikinci plan rollara dəvət olunub. 2002-ci ildə ilk dəfə olaraq “Rok ulduz olmağın təlimatı” sitkomunda Oliverə baş rol nəsib olur. Ancaq bir mövsümdən sonra serial aşağı reytinqlərə görə bağlanır. Buna baxmayaraq həmin il People nəşri onu dünyanın ən yaraşıqlı insanlarının əlliliyinə daxil edib. 2002-2003-cü illərdə “Douson buxtası” serialında ikinci dərəcəli rol oynayıb. Oliver daha çox 2007-2013-cü illər ərzində (7 mövsüm) çəkildiyi “Bərabər yaşayış qaydaları” serialına görə tanınır. 2018-ci ildə ögey atası Kurt Rassel və anası Qoldi Hounla birlikdə “Milad Hoqqaları” adlı ailəvi komediya filminə çəkilib. 2006-cı ildə aktrisa Erinn Bartlettlə ailə qurub. Cütlüyün 3 övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%B4%D1%81%D0%BE%D0%BD,_%D0%9E%D0%BB%D0%B8%D0%B2%D0%B5%D1%80