Teri Polo

Teri Polo

Aktrisa

BİOQRAFİYA

Tereza Elizabet (Teri) Polo 1 iyun 1969-cu ildə Dover şəhərində anadan olub. Atası stereosistem tərtibatçısı olub. Uşaqlıq illərindən baletlə məşğul olub, Nyu-York balet məktəbində oxuyub. 1997-ci ildə fotoqraf Entoni Muraya ərə gedib. Cütlük 2005-ci ildə yollarını ayırıb. 2006-cı ildə Teri Polo çəkiliş meydanında zərb alətləri ifaçısı Cemmi Vollamla tanış olub. Polonun iki övladı var: Murla evliliyindən oğlu, Vollamla vətəndaş nikahından qızı var. Teri Polonun teledebütü “TV101” dram serialında baş tutub. 1990-cı ildə çoxseriyalı “Opera kabusu” filmində Kristin Dae roluna çəkilib. Ardınca “Brimstone” serialında xəfiyyə Eş rolunda çıxış edib. Həmçinin populyar “Şimal tərəf” (sonuncu mövsüm) serialında Mişel Şadovski roluna çəkilib. 2005-ci ildə “Playboy” jurnalının üzqabığı üçün fotosessiyası olub.  “Valideynlərlə tanışlıq” (“Fakerlərlə Tanışlıq”) trilogiyasında baş qadın rolunu oynayıb. 2009-cu ildə “Möcüzə gözləyəndə” dramında baş rola çəkilib. Filmdə tərəf müqabilləri Ceyson Pristli və Çiç Marin olub. 2010-cu ildə “Valideynlərlə Tanışlıq” filminin sivkeli çıxıb. Müxtəlif illərdə “Praktika”, “Rəqəmlər”, “İdman gecəsi”, “Freyzer”, “Medium”, “Qanun və Qayda: Los Anceles”, “Kasl” və “Cinayətkar kimi düşünmək” seriallarının çəkilişi və səsləndirilməsində iştirak edib. 2013-cü ildən “Fosterlər” serialında baş rolu oynayıb. Daha çox “Cinayətkar kimi düşünmək”, “Kasl”, “Xəfiyyə Monk” seriallarında canlandırdığı obrazlar və “Validenylərlə tanışlıq” trilogiyasında Pem Berns rolu ilə məşhurlaşıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Teri_Polo

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç