Loren Qrem

Loren Qrem

Aktrisa

BİOQRAFİYA

Loren Qrem 16 mart 1967-ci ildə Honololu şəhərində (Havay adaları, ABŞ) dünyaya gəlib. Atası Lorens Qrem Şokolad konfetləri Assosiasiyasının prezidenti olub. Anası Donna Qrant model və mügənni olub. O, qızının beş yaşı olanda ərini ataraq ailəni tərk edib. Valideynləri boşandıqdan sonra Loren Qrem atası ilə tez-tez səyahətlərə çıxırdı. 1992-ci ildə Loren Qrem Cənubi Metodist universitetini aktyorluq ixtisası üzrə bitirib. Aktrisa elə də çox filmə çəkilməyib. Bir qayda olaraq ikinci dərəcəli rollara çəkilməsinə baxmayaraq onun rol aldığı filmlər hitə çevrilirdi. Loren əsasən “Şirin noyabr”, “Pis Santa”, “Xəyanət etmək üçün lisenziya”, “Keçəl dayə: Xüsusi Tapşırıq”, “Qüdrətli Evan” filmləri ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lauren_Graham

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç