Con Hyuz

Con Hyuz

Ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Con Hyuz 18 avqust 1950-ci ildə ABŞ-ın Miçiqan ştatının Lansinq şəhərində anadan olub. Hyuzun anası xeyriyyəçiliklə, atası isə ticarətlə məşğul olub. 1968-ci ildə ABŞ-ın İllinoys ştatının Nortbruk şəhərində "Glenbrook North" məktəbini bitirib. Elə həmin məktəbdə gələcək həyat yoldaşı Nensi Lüdviqlə tanış olub və 1970-ci ildə onunla evlənib. Onların bu evlilikdən iki oğlu - Con Hyuz III (1976) və Ceyms Hyuz (1979) dünyaya gəlib. “Səhər yeməyi klubu”, “16 şam”, “Bethoven”, “Evdə tək” və sair filmlərinin ssenari müəllifi kimi məşhurlaşıb. Ssenarist karyerasını 1979-cu ildə seriallara və komediyalara ssenari yazmaqla başlayıb. 1984-cü ildə özünün ilk rejissorluq işi olan “16 şam” adlı komediya filmi işıq üzü görür. Filmin ssenari müəllifi də özü olur. 1990-cı ildə ssenari müəllifi olduğu “Evdə tək” filmi böyük reytinq qazanmaqla yanaşı, ən gəlirli filmə çevrilir. Ömrünün son illərində rejissor daha çox özünə qapılır. 6 avqust 2009-cu ildə Con Hyuz Nyu-Yorkda ailəsi ilə görüşə gedərkən səhər gəzintisində qəfil ürək tutmasından vəfat edib. Rejissorun son işi “Qıvrımsaç Syu” (1991) filmi olub.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/John_Hughes_(filmmaker)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç