Tom Şedyak

Tom Şedyak

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Tom Şedyak 1958-ci ildə ABŞ-da anadan olub. 1983-cü ildə Los-Anceles şəhərinə köçərək, komediya şouları üçün skeçlər yazmağa başlayıb. Hollivudda ən gənc komedioqraf kimi tarixə düşüb. 1989-cu ildə Kaliforniya Universitetində kino sənəti ixtisası üzrə magistr dərəcəsi əldə edib. Daha sonra uzun müddət ssenarist olaraq fəaliyyət göstərib. 1996-cı ildə “İpləmə professor” komediyasının remeykinə yeni quruluş verməklə ulduzu sönməkdə olan Eddi Merfinin karyerasına yeni nəfəs vermiş olub. Film həm tamaşaçıların, həm də tənqidçilərin ürəyincə olub. 1997-ci ildə baş rolda Cim Kerrinin iştirakı ilə “Yalançı, yalançı” komediyasını lentə alıb. Ekran əsəri müsbət tənqidçi rəyləri qazanıb. Daha sonra “Şəfaətçi Adams” (1998) komediyasını çəkib, baş rolu Robin Uilyams ifa edir. 2002-ci ildə təmayülündə 180 dərəcə dəyişiklik edərək, mistik janra üz tutub: Kevin Kostnerin iştirakı ilə “Cırcırama” mistik dramını ərsəyə gətirib. 2003-cü ildə komediyaya qayıdış edərək, yüksək reytinqli “Qüdrətli Brüs” filmini ekranlara çıxarıb. Filmə baş rola yenə Cim Kerrini çəkib. Qeyd edək ki, Şedyak Cim Kerri ilə estrada komiki olaraq çıxışları zamanı dostlaşıb. Onlar birlikdə  Cimin vizit kartına çevrilmiş “Eys Ventura: İtmiş heyvanların axtarışı” filminin ssenarisini yazıb. 200 milyon dollar gəlir götürən film Cim Kerrini janrın “parlaq ulduzuna” çevirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tom_Shadyac

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç