Sara Batler

Sara Batler

Aktrisa

BİOQRAFİYA

Sara Batler 11 fevral 1985-ci ildə ABŞ-ın Vaşinqton şəhərində anadan olub. Aktrisanın karyerası doğma şəhərində başlayıb. Teatrla maraqlanmağa başladığından idmanı atıb. Məktəb və yerli teatr tamaşalarında səhnəyə çıxıb. Yeni başlayan aktrisanın uğurları onu bu sənətlə peşəkar səviyyədə məşğul olmaq fikrinə gətirib. Los-Anceles kollecini bitirdikdən sonra il yarım Cənubi Kaliforniya Universitetində teatr və kino sənəti üzrə təhsil alıb. Sara Batlerin rol diapazonu olduqca genişdir – nağıl pərisindən tutmuş məktəbli sevgiliyə kimi, terrorçudan tutmuş, seksual manyakın şikarına kimi müxtəlif obrazların məharətlə öhdəsindən gəlir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sarah_Butler

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç