Estella Uorren

Estella Uorren

Aktrisa

BİOQRAFİYA

Estella Uorren 23 dekabr 1978-ci ildə Ontario əyalətinin Piterboro şəhərində dünyaya göz açıb. Uşalığından sinxron üzgüçülüklə məşğul olub. Kanadanın üçqat çempionudur. 1995-ci ildə gənclər arasında dünya çempionatında bürünc mükafatçı olub. Daha sonra model biznesinə girişib. Sports İllustrated, Snoecks 2000, Vogue, Vanity Fair, Maxim kimi jurnallarda fotosessiyaları dərc olunub. “Chanel No.5” ətir brendinin reklamına çəkilib. Aktyor debütü 2001-ci ildə baş tutub. Daha çox “Sürücü”, “Meymunlar Planeti”, “Kenquru Cekpot” filmlərində oynadığı rollara görə tanınır. Boş vaxtlarında atçılıq idman növü ilə məşğul olur, fortepianoda ifa edir. Subaydır. 24 may 2011-ci ildə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Estella_Warren

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç