Xoca Əhməd Abbas
Ssenarist
Xoca Əhməd Abbas 7 iyun 1914-cü ildə Panipatda (Hindistan) anadan olub. O, "İnqilab" (1954) və "Sülh - mənim kəndim" (1973) adlı romanları kimi məşhurdur. Xoca Əhməd Abbas bir çox maraqlı ssenarilərin müəllifidir. Ancaq "Avara" filminin senarisi ilə daha çox tanınıb. Filmdə cinayətkar aləmə yenicə qədəm basmış bir cinayətkarın həyatından, onun saflaşması, günahsız insana çevrilməsi üçün mübarizə aparmasından söhbət gedir. "Avara" ikimüxtəlif istiqamətli yolların başlanğıcında dayanmış bir insan obrazıdır. Yaxud o, həyat yolunun insan başlanğıcında dayanıb cinayətkar sonluğuna addımlayan bir şəxsdir. Müəllif burada insanı cinayət dünyasından, cinayətkar adından qorumaq üçün həm daxili bir üsul - vicdan, həm də xarici bir üsul - məhəbbəti seçir. Xoca Əhməd Abbas 31 may 1987-ci ildə Bombeydə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: