Fəridə Cəlal

Fəridə Cəlal

Aktrisa

BİOQRAFİYA

Fəridə Cəlal – hindistanlı kino və televiziya aktrisasıdır. 40 ildən çox kino stajı var. Aktivində 140-dan çox bədii film və serial yer alır. Üçqat "Filmfare Award" mükafatı laureatıdır. Başlıca olaraq ikinci plan rollara çəkilir (baş qəhrəmanın rəfiqəsi, bacısı, anası, xala-bibisi, nənəsi və s.). İlk "Filmfare" mükafatını 1972-ci ildə “Paras” filmində oynadığı ikinci dərəcəli rola görə alıb. Aktrisanın karyerasının zirvəsində duran rol rejissor Rac Kapurun 1973-cü ildə çəkdiyi “Bobbi” filmində oynadığı baş qəhrəmanın nişanlısı rolu sayılır. Digər əlamətdar rollarına “Sədaqət” (1969), “Ölümsüz sevgi” (1971), “Unudulmuş  arvad” (1975) filmlərində oynadığı rolları misal göstərmək olar. 1990-2000-ci illərdə Fəridə Cəlalın iştirakı ilə “Kabare rəqqasəsi” (1992), “Hindistanlı Raca” (1996), “Dəli ürək” (1997), “Oxşar” (1998), “Həyatda hər şey olur” (1998), “Ürək necə olsun” (1999), “De ki, sevirsən” (2000), “Həm sevincli, həm də kədərli günlərdə” (2001), “Zübeydə”  (2001), “Yad övlad” (2001), “Qaçırılmış” (2003), “Sevgidən dəli-divanəyəm” (2003) filmləri ekranlara çıxıb.  Bundan başqa yerli teleserialların çəkilişində də fəal şəkildə iştirak edib. Fəridə Cəlal gələcək həyat yoldaşı Təbriz Barmavarom ilə “Jeevan” filminin çəkilişlərində tanış olub. Onların toyu 1978-ci ilin noyabrında baş tutub. Cütlüyün Yasin Cəlal adlı oğlu var. Həyat yoldaşı 2003-cü ilin sentyabrında vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Farida_Jalal

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Ələsgər Məhərrəmov   13.12.2024
İmkandırsa Həyatda Hər Şey Olur/Kuch Kuch Hota Hai filmini yükləyərdiniz