Pran

Pran

Aktyor, prodüser

BİOQRAFİYA

Pran (Pran Krişan Sikand) 12 fevral 1920-ci ildə Hindistanın Dehli şəhərində doğulub. Pran Bollivudun sevilən aktyorlarından biri olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmdə həm mənfi, həm də müsbət rolları canlandırıb. 1960-1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün iri həcmli filmlərində baş rolda oynayıb. Karyerası boyu çoxsaylı mükafatların sahibi olub. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatına layiq görülüb. Pran Krişan Sikand 12 iyul 2013-cü ildə Mumbayda ağ ciyər iltihabından vəfat edib. Filmoqrafiyasına daxil olan filmlər sırasında "Bobbi" (1973), "Don" (1978), "Üç muşketyor" (1984) kimi filmləri göstərmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Pran

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç