Riçard Linkleyter
Rejissor, ssenarist, prodüser
Riçard Stüart Linkleyter 30 iyul 1960-cı ildə ABŞ-ın Texas ştatının Hyüston şəhərində anadan olub. Hyüston Universitetində ingilis dili ədəbiyyatı üzrə ali təhsil alıb, bir müddət yazıçı olmaq barədə düşünüb. Ancaq təhsili yarımçıq qoyaraq, Meksika körfəzindəki neft platformalarından birində işə düzəlib. Həmin dönəmdə rejissor olmaq sevdasına düşüb. Qazancının bir hissəsini kameranın və kinoavadanlığının alınmasına sərf edib. 1985-ci ildə Ostinə köçərək “Ostin Kino Cəmiyyətini” təsis edib. Daha sonra Detour Film prodakşn şirkətini yaradıb. 2005-ci ildə “Gün batmazdan əvvəl” filminə yazdığı ssenariyə görə ən yaxşı adaptasiya olunmuş ssenari nominasiyasında “Oskar”a namizəd olub. 2006-cı ildə kinoindustriyanın fast-fud və kökəlmənin inkişafına bilavasitə təsirindən bəhz edən “Fastfud Milləti” filmi ekranlara çıxıb. 2014-ci ildə 12 il ərzində çəkilən “Yeniyetməlik” filminə görə ən irimiqyaslı layihə nominasiyasında “Gümüş Ayı” (Berlin kinofestivalı) mükafatına layiq görülüb. Üçqat “Oskar” mükafatı nominantıdır (“Gün batmazdan əvvəl” (2004), “Gecə yarısından əvvəl” (2013) və “Yeniyetməlik” (2014) filmlərinə görə). Həmçinin iki dəfə “Belin Kinofestivalının əsas mükafatına namizəd olub (“Gün batmazdan əvvəl” (2004) və “Yeniyetməlik” (2014) filmlərinə görə).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: