Selma Bler

Selma Bler

Aktrisa

BİOQRAFİYA

Selma Bler Beytner 23 iyun 1972-ci ildə ABŞ-ın Miçiqan ştatının Sautfild şəhərində anadan olub. 3 bacısı var. Miçiqan ştatında yəhudi gündüz məktəbində oxuyub. 1994-cü ildə Miçiqan Universitetini bitirərək bakalavr dərəcəsi əldə edib. 1990-1999-cu illərdə başlıca olaraq ikinci plan rollara çəkilib. “Qəddar oyunlar” filmi və “Zoe, Dunkan, Cek və Ceyn” teleserialında baş rolları oynayıb. Daha sonra “Qanuni sarışın” (2001), “Ceyran” (2002), “Cəhənnəm Şeytanı” (2004), “Cəhənnəm Şeytanı 2: Qızıl Ordu” (2008) filmlərinə çəkilib. Həmçinin “Ket və Kim” sitkomunda mərkəzi qadın rolunu oynayıb. 2012-ci ildə “Qəzəbin idarəolunması” serialında baş rollardan birində çıxış edib. 2004-2006-cı illərdə aktyor və musiqiçi Əhməd Zappa ilə evli olub. 2010-2012-ci illərdə dizayner Ceyson Bliklə görüşüb. Vətəndaş nikahından Artur Sent Blik (25 iyul 2011) adlı övladları var. 20 oktyabr 2018-ci ilin avqustunda ona skleroz diaqnozunun qoyulduğunu etiraf edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Selma_Blair

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç