Mayk Minyola
Ssenarist, prodüser, illüstrator
Maykl Cosez (Mayk) Minyola – amerikalı rəssam, illüstrator, ssenarist və prodüserdir. Darh Horse Comics nəşriyyatından “Hellboy” superqəhrəman silsiləsinin müəllifidir. Bundan başqa “Atlantida: Yoxa çıxmış aləm” animasiya layihəsində iştirak edib. İllüstrator olaraq ilk işi 1980-ci ildə "Comic Reader" jurnalında dərc olunub. 183-cü buraxılışda ilk dəfə olaraq komiks illüstrasiyası dərc olunub. 1992-ci ildə rejissor Frensis Ford Koppolanın “Drakula” filminin çəkilişlərində quruluşcu-rəssam olub. 2001-ci ildə The Walt Disney Company şirkətinin “Atlantida: Yoxa çıxmış aləm” layihəsi üzərində çalışıb. 2002-ci ildə Gilyermo Del Toronun “Bleyd 2” filminin konspektinin müəllifi olur. 2004-cü ildə Gilyermo Del Toro onun komiksləri əsasında “Hellboy” (Cəhənnəm Şeytanı) filmini 2007-ci ildə isə sikvelini lentə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mike_Mignola