Şeymas Devi-Fitspatrik

Şeymas Devi-Fitspatrik

Aktyor

BİOQRAFİYA

Şeymus Deyvi-Fitspatrik 29 dekabr 1998-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Tezliklə ailəsi Pensilvaniya ştatının İst-Strodsburq şəhərinə köçüb. Atası Ceyms Fitspatrik aktyor, anası Marti Deyvi aktrisadır. Şeymusun aktyor olaraq debütü 2003-cü ildə baş tutub. "Marriott İnternational"ın reklam çarxlarında, həmçinin Flintsone vitamin şirkətinin reklamlarında görüntülənib. Eyni zamanda “Böyük şəhərdə seks” serialında görüntülənib. “Omen” filmində canlandırdığı Demien obrazına görə 2006-cı ildə “Fangoria Chainsaw Awards” mükafatını qazanıb, 2007-ci ildə isə “Gənc aktyor” mükafatına namizəd olub. Sözügedən qorxu filminin çəkilişi zamanı ona iblisin övladı rolunu oynadığını söyləməyiblər. Onun personajının anası rolunu oynamış Culiya Staylzın sözlərinə görə filmin yaradıcıları onun bu rolu anlaması üçün çox balaca idi. 2007-ci ildə Şeymus valideynləri ilə birlikdə “Lotereya” adlı qısametrajlı filmə çəkilib. Elə həmin il “İstiqamətləndirici işıq” sabun operasında rol alıb. 200-cu ildə Robert De Niro ilə “Hər şey qaydasındadır” filminə çəkilib. Bundan başqa “Qanun və Qayda: Cinayət niyyəti”, “Çarpışma”, “Donelli qardaşları”, “Marsda həyat”, “Krallar”, “İşıqları keçirin”, “Nəzər nöqtəsində”.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Seamus_Davey-Fitzpatrick 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç