Cek London

Cek London

Yazıçı

BİOQRAFİYA

Cek London 12 yanvar 1876-cı ildə San-Fransisko şəhərində (ABŞ) anadan olub. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir. Doğulduğu ev 1906-cı ildə San-Fransisko zəlzələsi zamanı çıxan yanğın nəticəsində külə döndü. Cek Londonun anası Flora Wellman spiritualist musiqi müəllimi idi. Təxminən Cekin atası olduğu düşünülünən William Chaney isə astroloq idi. San-Fransisko Chronicle qəzetinin 4 iyun 1875 tarixli nömrəsində çıxan bir xəbərə görə Flora Wellman Chaneyin uşağın götürülməsini istədiyini, lakin bu tələbinə rədd cavabı aldığını göstərmişdi. Bundan sonra Flora özünü vurmağa çalışsa da ciddi bir yara almamış, keçici olaraq ağlını itirmişdi. Doğumdan sonra uşağa baxması üçün Virciniya Prentisə verilir. Həmin ilin sonlarına doğru Flora Wellman Con Londan ilə evlənir və sonradan Cek London adlandırılan Con da onlarla yaşamağa başlayır. Cek ilk təhsilini Oklənddə alıb. 1897-ci ildə Berkley Universitetində tələbə ikən isə anasının intihar cəhdi və bioloji atası ilə bağlı qəzet xəbərlərini araşdırmağa başlayır. Aldığı məlumatlardan sonra Çikaqoda yaşayarkən William Chaneyə bir məktub yazır. Chaneydən gələn cavab isə çox qəribə idi. Cekin atası olmasının mümkün olmayacağını, çünki iqtidarsız olduğunu söyləyən Chaney, Cekin anasının başqa bir adamla əlaqəsi olduğunu iddia edərək anasına uşağın götürülməsi barədə təkid etməsinin isə böhtandan başqa bir şey olmadığın demişdi. Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəb illərində qəzet satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizində dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir. London işçi ailəsindən gəlirdi. Xüsusilə bölgə kitabxanasında kitablar oxuyaraq özünü yetişdirmişdi. 1885-ci ildə Ouidada italyan bir kəndli uşağın cəmiyyətdə yüksəlişini anladan Siqnayı oxuyur. Bu romandakı obraz, ədəbiyyat sahəsində hədəflərinə çatması baxımından prototipi olacaqdı. London 1889-cu ildə Hicmott konserv fabrikində gündə 12-18 saat işləməyə başladı. Bu ağır iş şəraitində canını qurtarmaq üçün borc pul ilə qayıq alaraq dənizçiliyə başladı. 1893-cü ildə Yaponiya sahillərində suiti ovlamaq üçün səfərə çıxan dənizçilərə qoşuldu. Qayıtdıqdan sonra bir elektrik stansiyasında yenidən ağır şəraitdə işləməyə başladı. Bundan sonra işi buraxdı və "Kelly"nin ordusuna qoşuldu. Beləliklə işsiz avara həyat tərzi başlamış oldu. London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayələrindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir. Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilib. 1894-cü ildə Buffaloda 30 gün müddətinə həbs edilən London, daha sonra Oaklanda geri qayıdır və Oakland Litseyinə yazılır. Burada "Aegis" məktəb jurnalında bəzi yazıları nəşr edilir. Cek London ümidsizcə Berkeley Universitetinə girməyi arzu edirdi və 1899-cı ildə yay boyunca davamlı dərs çalışdıqdan sonra bunu bacara bildi. Amma maddi problemlər səbəbi ilə 1897-ci ildə ayrılmağa məcbur oldu və diplom ala bilmədi. Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və bir gün çox ağrıyır və həddindən artıq ağrıkəsici qəbul etdiyinə görə Cek London 1916-cı il noyabrın 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir. Onun bütün romanları xalq tərəfindən sevilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 
https://en.wikipedia.org/wiki/Jack_London

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç