Riçard Dreyfuss
Aktyor
Riçard Stiven Dreyfuss 29 oktyabr 1947-ci ildə Bruklində (Nyu-York) anadan olub. Məşhur kinorejissorların filmlərinə çəkilib: Corc Lukasın “Amerikan qraffitisi” (1973), “Stiven Spilberqin “Çənələr” (1975) və “Üçüncü dərəcəli yaxın əlaqələr” (1977) filmlərinə çəkilib. 1978-ci ildə “Əlvida, əzizim” filmində oynadığı rola görə “Oskar” mükafatına layiq görülüb. Ancaq “Oskar” mükafatından sonra karyerasında tənəzzül dövrü başlayıb: aktyor polis tərəfindən kokainlə saxlanılıb, daha sonra səhhəti ilə bağlı ciddi problemləri olub. 1995-ci ildə “Miste Hollandın opusu” filmində oynadığı rola görə yenidən “Oskar” mükafatına namizəd olub. Uzun illərdi ki, aktyor Bil Müreylə aralarında yaşanan qalmaqallar amerikanın sarı mətbuatının gündəmində qalıb. Aktyorun həmkarı Mürreyi görən gözü yoxdur. “Bəs Bob necə olsun?” (What about Bob) filminin çəkilişlərində Mürrey onu necə qəzəbləndiribsə, o vaxtdan aralarında soyuq yellər əsib. “... Bill Mürrey irlandiyalı əyyaş və donuzdur. Bununla belə məndən daha yaxşı qolf oynayır və onun zarafatlarına indiyə kimi məni gülməli gəlir.”, deyə verdiyi açıqlamaların birində deyib. Mürrey incikliyin “Bəs Bob necə olsun?” filminin çəkiliş meydançasında düşdüyünü inkar etmir. O bir çox hallarda imrpovizasiya edərək, yaxından onun qulağına çığırdığını, məsxərəyə qoyduğunu və müxtəlif hərəkətlərlə qıcıqlandırdığını etiraf edib. Ona görə, bir-birinə düşmən kəsilən iki aktyorun qəhrəmanlarının filmdəki münasibətləri həddindən artıq inandırıcı və maraqlı alınıb. 30 yaşında ən yaxşı kişi roluna görə “Oskar” mükafatı laureatı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%80%D0%B5%D0%B9%D1%84%D1%83%D1%81,_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4