Bronuen But

Bronuen But

Aktrisa

BİOQRAFİYA

Bronuen But – britaniyalı aktrisadır.  1966-cı ildə London şəhərində anadan olub. Uşaqlıq illərində ailəsi ilə Amerikaya köçüb. Orada Boston Universitetini bitirib. Daha sonra aktrisalıq karyerasını qurmaq üçün Nyu-Yorka yola düşüb. Kinematoqrafiyada yaratdığı ilk obraz “Yaşamaq üçün bir ömür”  serialında Andrea Harrison rolu sayılır. Bir müddət sonra daha bir neçə seriala, o cümlədən populyar detektiv janrda olan “Qanun və Qayda” serialı və “Klinika” dramatik komediyasına çəkilir. Böyük kinoya gəlincə  müxtəlif janrda olan filmərin çəkilişlərində iştirak edib.  Ən əlamətdar filmlərindən biri 1996-cı ildə Rutger Haurlə baş rola çəkildiyi “Əcdadların Harayı” bədii filmidir.  Bundan başqa  “Muzdlu” (1998) trilleri və “Yerin altında itmişlər” (1999) və Oskar Uayldın tanınmış əsəri – “Dorian Qreyin Portreti” romanının ekranizasiyasında canlandırdığı personajlarla yadda qalıb. 2011-ci ildə Mark Maylodun “Səndə nə qədər var?” (2011) romantik komediyasında görüntülənib. Orada epizodik ofisant rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://megogo.net/ru/name/40301-bronuen-but.html

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç