Conatan İnqliş
Rejissor, ssenarist, prodüser
Conatan İnqliş – ingilis prodüser, ssenarist və rejissordur. Kinematoqrafiya karyerasına 1990-cı illərdə prodüser olaraq qədəm qoyub. 1997-ci ildə adı artıq Kevin B. Smitin “Məgər bu sevgi romanıdır?” komediyasının titrlarında göstərilib. 2000-ci illərin əvvəllərində “Evli/Subay” adlı teleserialın prodüseri olub. 2003-cü ildə Dürqey Skottun baş rola çəkildiyi “Şair” trillerinə və Karl Besseyin “Emil” dramına prodüserlik edib. 2004-cü ildə ekranlara çıxan “Yaxşı Qadın” (2004) filminin prodüseri olub. Paralel olaraq rejissor olaraq filmlər çəkməyə başlayır. Rejissor kürsüsündə debüt işi “Nailing Vienna” (2002) filmi sayılır. Növbəti rejissor işi 4 il sonra 2006-cı ildə işıq üzü görüb. Baş rollara Tom Hardi və Mişel Van De Uoterin çəkildiyi “Minotavr” fantastik qorxu filmini lentə alıb. 2011-ci ildə böyük ekranlara “Dəmir Cəngavər” adlı tarixi dramı çıxır. Eyni zamanda həmin filmin icraçı prodüseri olub. Ekran əsərinə Ceyms Pyürfoy, Pol Camatti, Brayan Koks və digər məşhur aktyorlar çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/english-jonathan-6483.phtml