Nikolas Kazan
Ssenarist, rejissor, prodüser
Nikolas “Nik” Kazan 15 sentyabr 1945-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Rejissor Elia Kazan və onun birinci həyat yoldaşı – drammaturq Molli Kazanın oğludur. Ana tərəfdən ABŞ qurucularından olan Rocer Şermanın nəslindəndir. 1984-cü ildə ssenarist Robin Svaykvordla evlidir. Birgə nikahdan iki qızı var. Daha çox “Taleyin tərs üzü” (1990), “Matilda” (1996), “Yenilmiş” (1998), “İkiyüz yaşlı insan” (1999), “Daha bəsdir” (2002), “Yalnız Həqiqət” (2016) filmləri üzərində gördüyü işə görə tanınır. Boston Kinotənqidçiləri Cəmiyyəti mükafatının laureatıdır (1990). 1991-ci ildə ən yaxşı adaptasiya olunmuş ssenari nominasiyasında “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nicholas_Kazan