Ri Perlman

Ri Perlman

Aktrisa, prodüser

BİOQRAFİYA

Ri Perlman 31 mart 1948-ci ildə Nyu-Yorkun Bruklin rayonunda anadan olub. Yəhudi ailəsində böyüyüb. Bacısı Haydi Perlman “Şən Kampaniya” və “Freyzer” kimi populyar serialların ssenaristidir. Perlman Nyu-Yorkda HanterKollecini bitirib. Fəal demokratdır. Nə az nə çox düz 10 dəfə “Emmi” mükafatına namizəd olub, onlardan dördündə qalib gəlib (1984,1985,1986 və 1989). 1986-cı ildə Stiven Spilberqin “İnanılmaz Hekayələr” serialına qonaq aktrisa olaraq dəvət olunub. Həmin serialda həyat yoldaşı Denni DeVito da çəkilib. 1992-ci ildə Perlman “Gizlən nənə, biz gəlirik” yeni il komediyasına çəkilib. Ondan sonra komediya aktrisası statusunu daha da möhkəmləndirərək “Kanada bekonu” (1995), “Matilda” (1996), “Avtodayanacaq” (1996) və digər filmlərdə rol alıb. 1996-1997-ci illərdə “Perl” sitkomunda baş qadın rolunu oynayıb. 2000-ci ildə “Milyarderə necə ərə getməli” bioqrafik televiziya filmində Jaklin rolunda çıxış edib. 2006-cı ildə “Uğura aparan 10 addım”  filmində özünü oynayıb. 2008-ci ildə “Bethoven: Böyük sıçrayış” komediyasına və Hallmark telekanalının “Milad xoru” serialının bir epizoduna çəkilib. 2013-cü ildə “Körti” sitkomuna çəkilir. 2014-cü ilin payızında “Mindi layihəsi” serialının çəkiliş heyətinə qoşulub. NBC telekanalında yayımlanmış “Şən kampaniya” serialında Karla Tortelli rolu ilə məşhurdur. Həmin rola görə komediya teleserialında ən yaxşı ikinci plan aktrisa rolu kateqoriyasında rekord sayda – 4 dəfə “Emmi” mükafatçısı olub. Aktrisa 28 yanvar 1982-ci ildə bəri aktyor Deni DeVito ilə evlidir. Cütlüyün üç uşağı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rhea_Perlman

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç