Mara Uilson
Aktrisa
Mara Elizabet Uilson 24 iyul 1987-ci ildə ABŞ-ın Los-Anceles şəhərində anadan olub. Atası teleyayım mühəndisi olub. Evin böyük qızıdır. Valideynləri Şimal-Qərb Universitetində tanış olublar. Anası Süzen Şapiro Çikaqonun Nortbruk qəsəbəsində anadan olub. 10 mart 1995-ci ildə ona 4-cü dərəcəli döş vəzisi xərçəngi diaqnozu qoyulub. Mastektomiya və kimya terapiyası əməliyyatı keçirsə də, 1996-cı ildə 46 yaşında vəfat edib. Həmin vaxt Maranın 9 yaşı var idi və “Matilda” filminin çəkilişlərində iştirak edirdi. Karyerasının əvvəlində Mara bir neçə reklam çarxına çəkilib. Daha sonra rejissor Kris Kolambusun “Missis Dautfayr” komediyasında mərkəzi rollardan birinə dəvət olunub. Çox keçmədən “34-cü küçənin möcüzəsi” filminin remeykinə çəkilib. 1995-ci ildə aktrisa “İlin ən gənc ulduzu” mükafatı ilə təltif olunub. Əvvəlki filmlərdəki rolları rejissor-aktyor Denni DeVitonun diqqətini cəlb edir. Onu britaniyalı yazıçı Roald Dalın uşaq romanın motivləri əsasında ekranlaşdırdığı “Matilda” filminə baş rola çəkib. Həmin filmdə oynadığı rola görə komediya filmində ən yaxşı gənc aktrisa nominasiyasında “Gənc Ulduz” mükafatının qalibi olub. Bundan başqa “Matilda” və “Sadə arzu” filmlərindəki performansına görə ən yaxşı gənc aktrisa nominasiyasında 2 dəfə “Saturn” mükafatına namizəd olub. “Tomas və sehirli dəmiryol xətti” filmindəki rolu, həmin dönəmlərdə oynadığı sonuncu baş rol saylır. Anasının nakam ölümü və məşhurluğa hazırlıqlı olmaması 13 yaşında onun aktrisalığa marağının “ölməsinə” gətirib çıxarır. 12 yaşında ona obsessiv-kompulsiv pozuntu diaqnozu qoyulub. Mara məktəbi bitirdikdən sonra Aydilluayd İncəsənət Akademiyasında oxuyub, 2009-cu ildə isə Nyu-York Universiteti nəzdində Tiş İncəsənət Məktəbini bitirib. Böyük rollara nadir hallarda çəkilir. Əsas diqqəti yazıçılığa ayırır. 2013-cü ildə Cracked.com saytı üçün “uşaq aktyorların başına hava gəlməsinin 7 səbəbi” adlı məqalə yazıb. Elə həmin il onun yazdığı “Sürü” adlı pyes Nyu-Yorkun “Frinc” Festivalında tamaşaya qoyulub. Daha çox “Missis Dautfayr”, “34-cü küçənin möcüzəsi” və “Matilda” filmində oynadığı uşaq rolları ilə məşhurlaşıb. 2016-cı ilin iyun ayında kaminqaut edərək biseksual olduğunu etiraf edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mara_Wilson