Frenk Miller
Rejissor
Frenk Miller 27 yanvar 1957-ci ildə Merilend ştatının Olni şəhərində (ABŞ) anadan olub. Atası dülgər, anası tibb bacısı olub. 80-ci illərdə Miller Nyu-Yorkun "Cəhənnəm mətbəxi" adlanan rayonunda yaşayıb. Los-Anceles (ABŞ) həyatı onu “Günahlar şəhəri” komiksini yaratmağa ruhlandırıb. 2001-ci ildə yenidən “cəhənnəm mətbəxi”nə gələrək burada “Betmən. Qara cəngavərin qayıdışı” komiksi üzərində işləyib. Miller "Western Publishing"də bir müddət işlədikdən sonra "Marvel"in baş redaktoru Cim Şuter Millerə "DC Comics"ə müraciət etməyi məsləhət görür. O, "Marvel" şirkətində müxtəlif seriallar üçün şəkillər çəkəcək rəssam işinə qəbul olunur. 2005-ci ildə Robert Rodriges və Kventin Tarantino Millerin komiksləri əsasında “Günahlar şəhəri” filmini çəkirlər. Frenk özü də filmdə epizodik rolda çəkilib. Millerin bəzi işlərində humanizmin olmaması tənqid olunurdu. Əsasən “Günahlar şəhərində” qızların açıq-saçıqlığı qalmaqala səbəb olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: