Floran Emilio Siri

Floran Emilio Siri

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Floran Emilio Siri 2 mart 1965-ci ildə Fransanın Sen-Avold şəhərində anadan olub. Sorbonnada rejissor Erik Romerin rəhbərliyi altında kino təhsili alıb. 26 yaşında musiqi kliplərinin rejissoru olaraq karyerasına start verib. 1991-2000-ci illərdə fransalı tanınmış reperlər və qruplar, o cümlədən "Alliance Ethnik», Akhenaton, марсельской хип-хоп команды “Def Bond”, “Expression Direkt”, Freeman, IAM və sair mahnı kliplərini çəkib. 1998-ci ildə “Une Minue de Silence (Bir dəqiqəlik Sükut) filmini lentə alıb. 2002-ci ildə “Nid de Guepes” (Canilərin yuvası) adlı blokbasterin rejissoru olub. İlk bədii filminin uğurundan sonra məşhur aktyor və prodüser Brüs Uillis ona müraciət edərək, “Girov” (2005) filmini lentə almağı təklif edib. 2007-ci ildə 1959-cu il ƏLcəzair müharibəsi fonunda baş verən hadisələrdən bəhz edən “Yaxın Düşmənlər” dramını lentə alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Florent_Emilio_Siri

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç