Nadya Fares
Aktrisa, bəstəkar
Nadya Fares - ərəb əsilli fransız aktrisa və bəstəkardır. 20 dekabr 1973-cü ildə Mərakeşdə anadan olub. “Qanlı çaylar”, “Canilər Yuvası” və “Müharibə” blokbasterlərində oynadığı rolları ilə tanınır. Kinokaryerasında ilk addımlarını 1991-ci ildə ekranlara çıxan “Sürgün” telefilmində atıb. Kinodebütü Didye Van Kovelartın “Arvadımın dostları” komediyası sayılır. Ona şöhrət gətirən film Kristofer Frankın 1994-cü ildə istehsal olunan “Onlar heç vaxt unutmur” filmi olub. Növbəti il gənc aktrisa “Polis” adlı italyan dramına, ardınca isə Aleksandr Arkadinin “Mənə hə deyin” filminə çəkilir. Daha sonra Klod Leluşun rəhbərliyi altında “Kişi və qadın: Tətbiq üsulu” filmində dramatik rol alıb. 2002-ci ildə bir sıra məşhur aktyorların bir araya gəldiyi kəskin süjetli “Canilər yuvası” kriminal dramında mərkəzi qadın rollarından birini oynayıb. Nadya Faersin Stiv Çesmenlə nikahından iki qızı var. (Şann Lili Çesmen, 06.10.02 və Sesiliya Marti Çesmen, 10.10.05).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://megogo.net/ru/name/2694-nadya-fares.html