Sami Naseri
Aktyor
Sami Naseri 2 iyul 1961-ci ildə Parisdə (Fransa) anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər nəslindəndir. 1998-ci ildə “Taksi” filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə “Patriotlar” filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb. Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin S.Naseri 15 iyun 2013 tarixində azərbaycanlı müğənni və əməkdar artist Röya Ayxanın "Günahsız Günahım" adlı klipində də çəkilib. Sami Naserinin 1995-ci il təvəllüdlü Culian adlı oğlu var. 2005-ci ildə aktrisa Mari Qiyarla ailə qurub. Aktyorun qanunla bağlı son illər üzləşdiyi problemlərin xülasəsini təqdim edirik: 24 iyun 2013-cü ildə narko-dəllallarla əlbəyaxa olub, polis tərəfindən həbs olunub. 2014-cü ilin yanvar ayında sevgililərindən biri ilə dalaşıb. Qarşı tərəf onu məhkəməyə verib. 1 mart 2014-cü ildə qadına soyuq silahla hədə-qorxu gəldiyinə görə polis tərəfindən saxlanılıb. 14 avqust və 13 oktyabr (2014) tarixlərində ailə-məişət zorakılığı ilə bağlı saxlanılıb. 2016-cı ilin may ayında Kann polisi onu Ukrayna sürücülük vəsiqəsi ilə saxlayıb. 5 avqust 2018-ci ildə Moskva barında baş verən münaqişə nəticəsində döyülüb. Həmin bara qardaşı Bibi ilə müştəri kimi gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Sami_Naseri