Nik Pizzolatto

Nik Pizzolatto

Ssenarist

BİOQRAFİYA

Nikolas Ostin “Nik” Pizzolatto 1975-ci ildə Yeni Orlean şəhərində (Luizianna ştatı) vəkil ailəsində anadan olub. Anası məktəb müəlliməsi olub. İtaliyalı mühacirlərin nəslindəndir. Ailədə başqa üç uşaqda olub. Nikin sözlərinə görə, Leyk Çarlz kəndinə köçdükdən sonra uşaqlığı çətin keçib, yoxsul, əyyaş, aqressiv və fırıldaqçı qonşuların əhatəsində böyüyüb. Hər vəchlə həmin məkandan uzaqlaşmağı planlaşdırır. 1993-cü ildə St. Louis Catholic High School məktəbini bitirdikdən sonra valideynlərindən ayrılır və evi həmişəlik tərk edir. Müəllim işlədiyi dönəmdə iki kitab yazıb. Əsərlərinin böyük uğur qazanmasından sonra 2010-cu ildə peşəni tərk edərək, özünü yazıçılığa və ssenaristliyə həsr edib. “Qalveston” əsəri yazıçının ilk romanı hesab olunur. Amerikanın “Skribner” nəşriyyat evi tərəfindən çap olunub. 2011-ci ildə AMC telekanalı ona “Qətl” kriminal dramının iki epizoduna ssenari yazmağı təklif edib. 2012-ci ildə iki xəfiyyənin uzun illər silsilə qatili axtarması haqqında “Əsl Xəfiyyə” (True Detective) adlı serialın ssenarisini yazıb. HBO telekanalı ssenarinin ekranlaşdırılması üzrə hüquqları ondan alır. Bununla belə serialın hər iki mövsümünə prodüserlik edib. 2014-cü ilin əvvəlində ekranlara yol tapan serial tamaşaçıların sevgisini qazanıb və çoxsaylı prestijli mükafatlara layiq görülüb. Daha çox “Əsl Xəfiyyə” (True Detective) serialının prodüseri və yaradıcılarından biri kimi şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B8%D1%86%D1%86%D0%BE%D0%BB%D0%B0%D1%82%D1%82%D0%BE,_%D0%9D%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç