Lili Reynhart

Lili Reynhart

Aktrisa

BİOQRAFİYA

Lili Paulina Reynhart – amerikalı aktrisa və müğənnidir. Daha çox “Riverdeyl” serialında Betti rolu ilə şöhrət qazanıb. Lili 13 sentyabr 1996-cı ildə Ohayo ştatının Klivlend şəhərində anadan olub. Tess Reynhart və Xloya Reynhart adlı bacıları var. 12 yaşından teatr səhnəsinə çıxır. 9 fevral 2016-cı ildə “Riverdeyl” serialında Betti Kuper roluna təsdiqlənib. Daha əvvəl “Cekin həyat mübarizəsi” teleserialında (2014) çıxış edib. Bundan başqa yüksək reytinqli “Qanun və Qayda: Xüsusi Korpus” teleserialının bir epizoduna və “Yaxşı Qonşu”, “Miss Stivens”, “Həmişənin sonu”, “Yay kralları”, “Lillit” kimi filmlərə baş rollara çəkilib. 2018-ci ildə “Qalveston” kriminal dramında mərkəzi rollardan birinə çəkilib. “Riverdeyl” serialına birgə çəkildiyi Koul Sprousla görüşür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B5%D0%B9%D0%BD%D1%85%D0%B0%D1%80%D1%82,_%D0%9B%D0%B8%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç