Robert Şien

Robert Şien

Aktyor, prodüser

BİOQRAFİYA

Robert Maykl Şien 1988-ci ildə İrlandiyanın Port Luis şəhərində anadan olub. 2003-cü ildən başlayaraq bir sıra seriallarda və filmlərdə çəkilməyə başlayıb. 17 yaşında Galvay-Mayo Texnologiyalar Universitetinə daxil olub, lakin sonradan universiteti tərk edərək aktyorluq karyerasını davam etdirib. 2009-cu ildə Robert ən uğurlu işlərindən biri olacaq Misfits serialında Nathan Young rolunu oynamağa başlayır. 2010-cu ildə Robert "Misfits" serialının ikinci mövsümündə iştirak edir. 2011-ci ilin aprel ayında isə üçüncü mövsümdə iştirak etməyəcəyini bildirir. 2010-cu ildə İFTA (İrish Film and Television Awards) mükafatına "Yeni Ulduz", 2011-ci ildə "Ən yaxşı aparıcı rol", 2012-ci ildə isə "Ən yaxşı ikinci dərəcəli rol" nominasiyaları üzrə namizəd olur. Bundan başqa Robert daha nüfuzlu sayılan BAFTA (British Academy of Film and Television Arts) mükafatına 2 dəfə namizəd olub və bunlardan birində qalib gəlib. Beləki, 2010-cu ildə Robert "Mis Fits" teleserialına görə "Ən yaxşı teleserial" nominasiyasında qalib gəlir. 2011-ci ildə isə "Ən yaxşı ikinci dərəcəli kişi rolu" nominasiyasında namizəd olur. “İfritələr dövrü” (2011), “Albalı bombası” (2009), “Bononu öldürmək” (2011) və sair film və “Tüdorlar” (2007-2010), Klinika (2009-2013) və başqa serialların çəkiliş meydançasında iştirak edib. "Misfits" serialında Natan Young roluna görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Robert_%C5%9Eien


FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç