Devid Tennant

Devid Tennant

Aktyor, rejissor

BİOQRAFİYA

Devid Tennant 18 aprel 1971-ci ildə Şotlandiyanın Uest Lotian dairəsinin Basgeyt şəhərində anadan olub. Atası Aleksander Sendi Makdonald (1937-2016), Şotlandiya Kilsəsinin Baş Assambleyasının vasitəçisi olan keşiş, anası isə Helen Makleon (1940-2007) idi. O, Renfruşir dairəsinin Ralston şəhərində, qardaşı Bler və bacısı Karen ilə böyüyüb. Üç yaşında o "Doktor Kim" serialını sevdiyinə görə, valideynlərinə aktyor olmaq istədiyini deyib. Ancaq onlar Devidi daha normal bir peşə üçün həvəsləndirməyə çalışırdı. Məktəbi bitirdikdən sonra o Şotlandiya Kral Musiqi və Dram Akademiyasına daxil olur. Akademiyanı bitirdikdən sonra teatrda (xüsusilə Kral Şekspir Şirkətinin qoyduğu tamaşalarda) çıxış edib və televiziyada çəkilib. Özünə Tennant ləqəbi seçib. Ən çox 2005 və 2010-cu illər arasında "Doktor Kim" serialında onuncu Doktorun rolunda oynayan aktyor kimi tanınır. "Cessika Cons" (2015) serialında Kilqreys rolu ilə, "Brodçerç" serialında Alek Hardi rolu ilə tanınır. O cümlədən "Harri Potter və Atəş kuboku" filmində kiçik Barti-Klauç rolu ilə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B5%D0%BD%D0%BD%D0%B0%D0%BD%D1%82,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç