Elmira Şabanova

Elmira Şabanova

Aktrisa

BİOQRAFİYA

Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirib (1969), müəllim və dosent işləyib (1962-1997-ci illərdə). O, 1980-1995-ci illərdə "Azərbaycanfilm" kinostydiyasında 17 bədii filmdə çəkilib. Radio və televiziya tamaşalarında bir sıra maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur. Rejissor Rüfət Şabanovun həyat yoldaşıdır. Rejissor Fuad Şabanovun anasıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Elmira_%C5%9Eabanova

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç