Rori Kokreyn
Aktyor
Rori Kokrey 28 fevral 1972–ci ildə anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə İngiltərəyə köçür. ABŞ-a yeniyetmə olarkən qayıdır. Nyu-Yorkda "Forello L Guardiya" adına incəsənət məktəbinə daxil olur. Təhsil aldığı müddətdə filmlərə çəkilməyə başlayıb. 1990-cı ildə H.E.L.P serialında, bir il sonra Ceyms Dirdenin “Ölüm qabağı öpüş” trillerində rol alır. 1992-ci ildə aktyorun ilk böyük rolu “Atalar və oğullar” filmində olub. Onun tərəf-müqabilləri Ceff Holdblüm və Famke Yanssen olub. 1994-1995-ci ildə Rori Rene Zellveqer ilə çəkiliş meydançasında tanış olur və aralarında romantik münasibət yaranır. Kokreyn teatrdada özünü sınayıb. Filmlərdə Rori Kokreyn daha çox ikinci dərəcəli rolların ifaçısıdır. “Hartın müharibəsi” və “Qarışma” filmlərində çəkilib. Televiziyada aktyor məşhur “24 saat” və “C.S.İ Cinayət yeri Mayami” seriallarında rol alıb. 2011-ci ildə Rori “Arqo” əməliyyatı siyasi trillerində çəkilməyə başlayır. Bu film ona çox sayda kinomükafatı və nominasiya qazandırır. Onların sırasında ən yaxşı filmə görə “Oskar” mükafatıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BA%D1%80%D0%B5%D0%B9%D0%BD,_%D0%A0%D0%BE%D1%80%D0%B8