Rövşən İsax
Aktyor, rejissor
Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb (1988-1992). Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1993-1998) müəllim kimi işləyib. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktor olub (1998-2001). Hazırda "Pozitiv Media"nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir. Ailəlidir. Üç övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/R%C3%B6v%C5%9F%C9%99n_%C4%B0sax