Rüfət Əsədov
Aktyor, rejissor
Rüfət Əsədov — Azərbaycanlı rejissor, aktyor. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür. Rüfət Əsədov 30 avqust 1960-cı ildə Azərbaycan SSR-nin Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında anadan olub. Rusiya SFSR-da Leninqrad Texnoloji Universitetində və "Lenfilm"in nəzdindəki Kino Məktəbində təhsil alıb. 1999-cu ildə Amerikalı prodüser O. Harençarın rəhbərlik etdiyi "Sənədli filmlərin istehsalı" kurslarının dinləyicisi olub. 2000-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən "Promatheus Production" kinostudiyasında staj keçib. Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret Film Festivalında nümayiş olunaraq, festivalın iki diplomuna layiq görülüb. Diplomun biri məhz xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib. Rüfət Əsədov xalq artisti, tanınmış rejissor Vaqif Əsədovun əmisioğlu, ssenarist Alla Axundovanın bibisioğludur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/R%C3%BCf%C9%99t_%C6%8Fs%C9%99dov