Zərnigar Ağakişiyeva

Zərnigar Ağakişiyeva

Aktrisa

BİOQRAFİYA

Zərnigar Fəti qızı Ağakişiyeva 6 noyabr 1945-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub. Zərnigar Fəti qızı Ağakişiyeva (Ağakişi atasının babasının adıdır, Güləli isə babasının. 12 yaşında ikən atasının babasının adını özünə soyad seçib). O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z. Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb. Azərbaycan Respublikasının xalq artisti (2000), Şöhrət ordeni mükafatçısı, Azərbaycan SSR dövlət mükafatı laureatıdır. 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Z%C9%99rnigar_A%C4%9Faki%C5%9Fiyeva

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç