Mariya Lipkina
Aktrisa
Mariya Lipkina 15 aprel 1976-cı ildə Moskvada anadan olub. 1992-ci ildə Leonid Martınyukun “Ağ göl” dramında oynadığı rolla tanınmağa başlayıb. Film küçədə həyatı yaşayan iki yeniyetmənin bir-birinə olan sevgisindən bəhs edir. Daha sonra rejissor Aleksandr Aravinin “Bürünc Məsih” (1992) adlı dramında baş rola çəkilib. Film xristianlığı qəbul etmiş lakin pulsuzluq ucbatından pis yolda düşən – fahişəliklə məşğul olan gənc çinli Sin Xuanın həyatından bəhs edir. Ardınca 1992-ci ildə “Gecə kəpənəyinin uçuşu” adlı Belarus filminə çəkilib. Həmin film fahişə ilə amerikalı pianoçu arasında yaşanan sevgi hekayəsini danışır. Daha sonra Mariya Aleksandr Abdulovun “Dəlisov məhəbbət” filminin çəkilişlərinə qatılıb. 1993-cü ildə Belarus və Fransa istehsalı olan “Mən – İvan, Sən Abram” kinosunda rol alıb. İkinci dünya müharibəsi zamanı yəhudilərə qarşı təqiblərdən bəhs edən filmdə Abramın bacısı Rahil rolunu oynayıb. 1995-ci ildə Azərbaycanlı rejissor, ssenarist və kinotənqidçi Ayaz Salayevin “Yarasa” adlı dramına baş qadın roluna çəkilib. 90-cı illərdə “Limita”, “Sevgi çarxı”, “Ağ göl”, “Yarasa” filmlərində oynadığı rolları ilə yadda qalıb. Hazırda İsraildə yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.ivi.az/person/mariya_lipkina