Cenni Ohara
Aktrisa
Patrişa Coann “Cenni” Ohara 24 fevral 1942-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. Atası Con B. Ohara satıcı, anası Edit jurnalist və aktyorluq sənəti üzrə müəllimə olub, Nyu-Yorkun nüfuzlu “13th street” repertuar kompaniyasında çalışıb. Qardaşı müğənni və gitaraçı Cek Oharadır. Anası aktrisa olduğundan tez-tez qastrol səfərlərinə onu, qardaşı və bacısını özüylə aparıb. Nəticədə Patrişanın uzun müddət daimi ünvanı olmayıb. Valideynlərinin boşanmasından sonra anasının himayəsində qalıb. 1968-ci ildə Cenni aktyor Oqest Dorra Uotkinslə ailə qurub. Ancaq bu nikahın ömrü uzun çəkməyib. 20 iyul 1986-cı ildə aktyor Nik Ulletlə evlənib. Nikah indiyə kimi davam edir və onların iki qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jenny_O%27Hara