Ronald Pikap

Ronald Pikap

Aktyor

BİOQRAFİYA

Ronald Pikap  - 1940-cı ildə İngiltərənin Çester şəhərində anadan olub. Kral Məktəbini, daha sonra Lids Universitetini bitirib. Təhsilini Londonun Kral Dram İncəsənət Akademiyasında davam etdirib. Məzun olduqdan sonra ilk ciddi rolu “Doktor Kim” fantastik serialında canlandırdığı epizodik obraz olub. Teatr səhnəsində 1964-cü ildə peşəkar debütünü gerçəkləşdirib. Londonda ilk dəfə Royal Court Theatre teatrında rejissor Lindsi Andersonun quruluş verdiyi “Yuli Sezar” tamaşasında çıxış edib. Çox keçmədən Uilyam Qaskillin “Şelli”, “Xilas olunmuş,” Serjant Masqreyvin Rəqsi” kimi tamaşalarında mərkəzi rolları oynayıb. Ardınca yeddi il ərzində National Teatr səhnəsində çıxış edib. “Yunona və tovuzquşu”, “Sevgi naminə Sevgi”, “Od olmayan yerdən çıxan tüstü”, “Üç bacı” və “Sizin xoşunuza gələr” tamaşalarında müxtəlif rolları ifa edib. Televiziyada “Cenni: Ledi Rudolf Çörçil”, “Lolita” və “Gəzən Ölülər” film və seriallarında oynadığı rollarla yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/ronald_pickup/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç