Armin Şimerman

Armin Şimerman

Aktyor, ssenarist

BİOQRAFİYA

Armin Şimerman 5 noyabr 1948-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Leykvud şəhərində yəhudi ailəsində anadan olub. Anası Süzen mühasib, atası Herbert Şimerman rəngsaz olub. Arminin 15 yaşı olanda ailəsi Los-Ancelesə köçüb. Anası onu dram dərnəyinə yazdırıb. Santa-Monika orta məktəbinin musiqi qrupunda trubada ifa edib. Aktyor Kaliforniya Universitetini bitirib. Məzun olduqdan sonra San-Dieqo şəhərinin "Old Globe Theatre" teatrında çalışıb. Daha sonra Nyu-Yorka yollanıb və "Impossible Ragtime Theater" teatrının truppasına qoşulub. Los-Ancelesə geri döndükdən sonra CBS telekanalında iki serialda rol alıb. Kinokaryerasına beləcə qədəm qoyub. “Ulduz yolu: Kosmik fəza 9” serialında bar sahibi Ferenqi Kvark rolu ilə şöhrət qazanıb. Şimermanın yaratdığı personaj, teleserialın əsas personajlarından olub. Özünün dediyinə görə serialda ən çox sevdiyi hissə 4-cü mövsümdə "Little Green Men" adlı səkkizinci epizod olub. Həmin epizodda Şimermanın persojanı gəmi kapitanı olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Armin_Shimerman

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç