Meriett Hartli

Meriett Hartli

Aktrisa

BİOQRAFİYA

Marietta Hartli 21 iyun 1940-cı ildə Birləşmiş Ştatlarda anadan olub. Karyerasına yeniyetməlik yaşlarından başlayıb. 1962-ci ildə böyük ekranlarda debütünü gerçəkləşdirərək, “Dağlıq ərazidə gəzinti” adlı vesterndə baş qadın rolunu oynayıb. Həmin rol ona BAFTA mükafatına namizədlik qazandırıb. Daha sonra “Afrika Cəngəllikləri” (1963) və “Marni” (1964) filmlərinə çəkilib. Həmin vaxtdan bəri televiziyada mütəmadi olaraq çalışır. 1965-1966-cı illərdə praym-tamy sabun operası olan “Peyton-pleys” serialına çəkilib. Bundan başqa “Bonanza” və “Tapançadan qalxan tüstü” adlı vesternlərdə rol alıb. 1979-cu ildə “İnanılmaz Halk” serialında oynadığı rola görə, “dram serialında ən yaxşı aktrisa kateqoriyasında “Emmi” mükafatçısı olub. Karyerası ərzində ümumilikdə 6 “Emmi” nominasiyası olub. 1982-ci ildə “Yalnış kanallar” filmində oynadığı baş rola görə kanadanın “Cinni” mükafatına namizəd olub. Bundan başqa “Sevgi qayığı”, “O qətl yazıb”, “Dəniz polisi: Xüsusi şöbə”, “Ehtiras Anatomiyası”, “Xəfiyyə Raş”, “Ulduz yolu: Orijinal serial”, “Sehrli məhəbbət” və “Mentalist seriallarına çəkilib. 2003-2011-illərdə “Qanun və qayda: Xüsusi korpus” serialının altı epizoduna çəkilib. 1987-ci ildə Hollivudun Şərəf Xiyabanında onun adına şərəf lövhəsi qoyulub. Hartli Bipolyar pozuntudan əziyyət çəkir. Bu onu Amerikada intihar və zorakılıq hallarının qarşısının alınması fondunu təsis etməyə təşviq edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mariette_Hartley
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç