Piter Uir

Piter Uir

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Piter Uir – avstraliyalı kinorejissordur. Avstraliya kinematoqrafiyasında 1970-1990-cı illərdə müşahidə olunan yeni dalğanın aparıcı nümayəndələrindən olub. Altıqat “Oskar” mükafatı nominantıdır. Həmçinin üçqat BAFTA laureatıdır. Karyerasının əvvəlində "Commonwealth Film Unit" üçün sənədli filmlər çəkib. 1971-ci ildə Homesdale komediyasını lentə alıb. İlk tammetrajlı filmi “Parisi yemiş avtomobillər” fantastik lenti olub. Dünya şöhrətini isə ona “Sıldırım qayada piknik” (1975) və “Sonuncu dalğa” (1977) filmləri gətirib. Avstraliyada karyerasının davamı ilə bağlı perspektivlərin ürəkaçan olmadığını görərək, 1980-ci illərdən rejissor ABŞ-a köçüb. Birləşmiş Ştatlarda, xüsusilə Hollivudda çəkdiyi “Şahid” (1985) və “Truman Şou” (1998) filmləri 20-ci əsrin kult filmlərinə çevrilib və yüksək kassa gəliri gətirib. 1990-cı ildə “Reymond Lonqford” adına mükafatla təltif olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D1%80,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç