Nil Saymon

Nil Saymon

Ssenarist

BİOQRAFİYA

Marvin Nil Saymon 4 iyul 1927-ci ildə Bruklində (ABŞ) anadan olub. 1946-cı ildə ordudan təxris olunduqdan sonra Nyu-York Universitetində oxuyub. Daha sonra təhsilini Denver Universitetində davam etdirib. Qardaşı Denni ilə birlikdə televiziyada çalışıb, əyləncə xarakterli şou proqramlar üçün sketçlər yazıb. 50-ci illərdə “Sizin ən yaxşı şou” verilişində Vudi Allen, Mel Bruksla birlikdə ssenaristlik edib. Nil Saymon və qardaşının ilk pyesi (Gəl Təbilini Çal komediyası) 1961-ci ildə Brodveydə tamaşaya qoyulub. 1962-ci ildə “Balaca mən” müziklı üçün müstəqil şəkildə libretto yazıb. 1963-cü ildə “Parkla ayaq yalın” pyesi üzərində gördüyü iş ona şöhrət gətirib. 1965-ci ildə “Qəribə cütlük” pyesinə görə “Toni” mükafatına layiq görülüb. 1966-1967-ci il teatr mövsümündə onun dörd pyesi tamaşaya qoyulub. 1996-cı ildə “Yenidən yazılmışlar” adlı xatirələr kitabını dərc edib. 2018-ci ilin avqust ayında 92 yaşında pnevmoniyadan dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%B9%D0%BC%D0%BE%D0%BD,_%D0%9D%D0%B8%D0%BB

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç