Morits Blaybtroy

Morits Blaybtroy

Aktyor, prodüser

BİOQRAFİYA

Morits Blaybtroy 13 avqust 1971-ci ildə Almaniyanın Münhen şəhərində anadan olub. Tanınmış aktrisa Monika Blaybtroy və aktyor Hans Brennerin övladıdır. Uşaqlığı Hamburq şəhərində keçib. Uşaq yaşlarından kinoya çəkilir. 11–ci sinifdə oxuyanda məktəbi atıb. Amerikaya köçərək, Nyu-York şəhərində aktyorluq kurslarına yazılıb. Kursları uğurla başa vurduqdan sonra Almaniyaya geri dönüb. Yerli teatr tamaşalarında səhnəyə çıxıb və tezliklə televiziyada debütünü edib. Ona şöhrət gətirən filmlər “Səmaya toxunmaq”, “Qaç, Lola, Qaç!” və “Eksperiment” filmləri sayılır. 2006-cı ildə 56-cı Berlin Kinofestivalında “Elementar zərrəciklər” filmində oynadığı rola görə ən yaxşı aktyor nominasiyasında “Gümüş Ayı” mükafatı ilə təltif olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BB%D1%8F%D0%B9%D0%B1%D1%82%D1%80%D0%BE%D0%B9,_%D0%9C%D0%BE%D1%80%D0%B8%D1%86

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç