Rəşad Məmmədov

Rəşad Məmmədov

Məmmədov Rəşad Rasim oğlu – Azərbaycanlı aktyor.

BİOQRAFİYA

28 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 248 saylı peşə məktəbinə daxil olmuşdur.

İş fəaliyyətinə 2001-ci ildən A.Şaiq adına Azərbayjan Dövlət Kukla Teatrından başlamışdır.

2003-cü ildən Azərbayjan Dövlət Musiqili Komediya teatrında əvvəlcə səhnə maşinisti, sonralar isə xor artisti kimi fəaliyyət göstərməyə başlayıb.

Teatrda işlədiyi müddət ərzində «O olmasın, bu olsun», «Hələlik», «Bankir adaxlı», «Səhnədə məhəbbət», «Məhəbbət oyunu», «Qırmızı papaq», «Şən dul qadın», «Əlin cibində olsun», «Məsmə xala dayımdır», «Maritsa», «Talelər qovuşanda», «Volqalı canan», «Silva», «Bəydullanın möhtəşəm toyu», «Çılğın Qasqoniyalı», «Bir günlük siğə», «Aldın payını, çağır dayını», «Şeytanın yubileyi» və s. bu kimi tamaşalarda iştirak edir.

R.Abbasov hal-hazırda Musiqili Komediya teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.

Subaydır.

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç