Uill Ferrell

Uill Ferrell

Aktyor, prodüser, biznesmen

BİOQRAFİYA

Con Uilyam Ferrell 16 iyul 1967-ci ildə Kaliforniyada (ABŞ) anadan olub. Anası məktəb müəlliməsi, atası "The Righteous Brothers" qrupunun üzvü olub. İrland əsillidir. Hələ məktəb illərində aktyorluq sənəti ilə maraqlanmağa başlayıb. Müxtəlif məşhur aktyor və müğənniləri təqlid edib. Cənubi Karolina Universitetini idman jurnalistikası ixtisası üzrə bitirib. Bir müddət idman şərhçisi vəzifəsində çalışıb. Sonradan özünü komik olaraq sınaqdan keçirmək qərarına gəlib. Yaradıcılıq yolu "The Groundlings" improvizasiya qrupundakı çıxışları ilə başlayıb. Ardınca “Saturday Night Live” serialının aktyor heyətinə dəvət olunub. Yeddi il ərzində yaratdığı obrazlarla hamının sevimlisinə çevrilib. Həmin illər ərzində verilişin “Emmi” mükafatına namizəd olmuş yeganə aktyoru sayılır. Verilişdən ayrıldıqdan sonra, 1995-ci ildən etibarən kinoya çəkilməyə başlayıb. Həmçinin “Ögey qardaşlar”, “Teleaparıcı” və “Rikki Bobbi” kimi reytinqli filmlərin ssenari müəllifi olub. 2000-ci ildə İsveç aktrisası Vivek Polinlə ailə qurub. Cütlüyün üç oğlu var. “Çelsi” futbol klubunun çılğın azarkeşidir. "Red Hot Chili Peppers" qrupunun zərb alətləri ifaçısı Çad Smitə oxşadığından, çox vaxt zarafatyana Uilli Çadın əkiz qardaşı adlandırırlar. 2016-cı ildə “Los-Anceles” futbol klubunun sahibkarlarından olub. Saturday Night Live” komedik şou proqramında canlandırdığı məzəli obrazlarla məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Will_Ferrell

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç