Anuşa Dandekar
Aktrisa
Anuşa Dandekar 9 yanvar 1982-ci ildə Sudanın Xartum şəhərində hindistanlı mühacirlərin ailəsində anadan olub. Aktrisa və model bacıları Şibani və Apekşa ilə birlikdə Sidneyin Nyu Saut Uels bölgəsində boya-başa çatıblar. 2002-ci ildə 19 yaşında olanda Anuş ana vətəni Hindistana dönüb. Hindistanın şobiznes sektorunda özünə karyera qurmaq niyyəti ilə Mumbayda məskunlaşıb. Yerli MTV telekanalının House of Style – dəb verilişinin aparıcısı olub. Daha sonra həmin kanalda, Dance Crew, Teen Diva, MTV News və Love School kimi proqramlarda aparıcılıq edib. 2003-cü ildə Dandekar Bollivudda kinodebütünü gerçəkləşdirib (Mumbai Matinee filmində). 2005-ci ildə karyerasının ən uğurlu filmlərində sayılan “Ədaləti Tapmalı...Ailə Hər Şeydən İrəlidir” filmində mərkəzi rollardan birini oynayıb. Daha çox “Ədaləti Tapmalı...Ailə Hər Şeydən İrəlidir” (2005), “Bir dəfə Dehlidə” (2011), “Anthony Kaun Hai?” (2006) filmlərində rollarına görə tanınır. IMDB məlumat bazasına görə karyerası ərzində 9 filmə çəkilib. Musiqi aləmində daha çox “VJ” səhnə adı ilə tanınır. Hindistanda bir neçə teleproqramın aparıcısı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Anusha_Dandekar