Maykl Eklund

Maykl Eklund

Aktyor, prodüser

BİOQRAFİYA

Maykl Eklund 31 iyul 1962-ci ildə Saskatun şəhərində (Kanada) anadan olub. Uşaqlığında valideynlərinə məxsus fermada arıçılıqla məşğul olub. Məktəb yaşlarından teatr tamaşalarına qatılmağa başlayıb. Ancaq əvvəl rəssam olmağı düşünürdü. Arzusuna çatmaq üçün Alberta şəhərində incəsənət kollecinə daxil olub. Orada gələcək həyat yoldaşı Meqan Bennetlə tanış olur. Məhz bu görüşün hesabına Eklund təhsili yarımçıq buraxaraq, aktyor olmaq üçün Vankuver şəhərinə yollanır. Kinoda debütünü 2000-ci ildə gerçəkləşdirib. Bir müddətdən sonra alman rejissor Uve Bolla tanış olub və Boll onu filmlərinə çəkir. Daha çox kompüter oyunlarının ekranizasiyası ilə məşğul olan Boll onu demək olar ki, bütün filmlərinə çəkib. 2006-cı ildə Kanadanın “Kəşfiyyat” serialında satqın polis zabiti Rene Cerarden rolunu oynayıb. Həmin dövrlərdə mütəmadi olaraq Amerika istehsalı olan filmlərə və seriallara dəvət alıb. 2014-cü ildə populyar “Beyts Moteli” kriminal serialının ikinci mövsümündə baş antoqonist Zeyn Morqan roluna çəkilib. Daha sonra “Soyuq Tənəzzül” adlı vesterndə baş rollardan birini oynayıb. 2016-2017-ci illərdə “Vaynon Erp” və “Dirk Centlinin xəfiyyə agentliyi” kimi seriallarda ikincidərəcəli rollar oynayıb. Kinoda daha çox yaratdığı mənfi obrazlarla, o cümlədən “Həyəcanlı zəng” trillerində oynadığı antoqonist rolu ilə yaddaşlarda qalıb. 28 iyun 2003-cü ildə aktrisa və yazıçı Meqan Bennetlə ailə qurub. Cütlük 2011-ci ildə yollarını ayırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BA%D0%BB%D1%83%D0%BD%D0%B4,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç