Loran Tirar

Loran Tirar

Rejissor, ssenarist

BİOQRAFİYA

Loran Tirar 1967-ci ildə Fransada anadan olub. Uşaqlığından bəri kino ilə maraqlanıb, Stiven Spilberqin çəkdiyi filmlərin heyranı olub. Kinematoqrafiya təhsilini Nyu-York Universitetində alıb. "Warner Bros." studiyasında təcrübə keçib. Fransaya geri döndükdən sonra altı il müddətinə Studio jurnalında çalışıb, populyar kino nümayəndələrindən müsahibələr alıb, köşə yazıları və filmlər haqqında tənqidi yazıları dərc olunub. Kinoda debütünü 1999-cu ildə gerçəkləşdirib. “Etibarlı mənbə” qısametrajlı filminin rejissoru olub. 2007-ci ildə Romen Dürinin baş rola çəkildiyi “Molyer” filmini lentə alıb. Həmin filmin rejissor işinə görə “Sezar” mükafatına namizəd olub. İki ildən sonra bu uğuru “Balaca Nikola” filmi ilə təkrarlayıb. İkiqat “Sezar” mükafatı nominantıdır. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B8%D1%80%D0%B0%D1%80,_%D0%9B%D0%BE%D1%80%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç